"Liverpul" "Brentford"un müdafiəçisi Natan Kollinzlə maraqlanır. Sport24.az xəbər verir ki, bu  barədə "Football İnsider" portalı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "qırmızılar" müdafiənin mərkəzini gücləndirmək üçün yeni futbolçu axtarır.

 

Qeyd edək ki, Kollinz 2024/25 mövsümündə 42 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun "Brentford" ilə müqaviləsi 2029-cu ilin yayında başa çatır.

"Transfermarkt" portal müdafiəçinin transfer dəyərini 28 milyon avro olaraq qiymətləndirir.