Donetsk "Şaxtyor"u Çempionlar Liqasında ev oyunlarını keçirmək üçün üç ingilis klubu ilə danışıqlar aparır. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

 

Ukrayna klubu Avropanın mötəbər klub turnirinin əsas mərhələsində çıxış edəcək və hazırda "Çelsi", "Brentford" və "Fulhem" ilə danışıqlar aparır.

 

Hər üç ingilis klubu 2026/27 mövsümündə avrokuboklardan kənarda qalıblar. Donetsk klubu razılığa gələcəyi kluba stadionun icarə haqqını ödəyəcək.

 

Qeyd edək ki, "Şaxtyor" 2022/23 mövsümündən bəri avrokubok matçlarını Polşa, Almaniya və Sloveniyada keçirib.