Mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlayan Məhəmməd Salah İtaliyaya qayıda bilər. Sport24.az xəbər verir ki, "Milan" və "Roma" misirli vingeri heyətinə qatmaq istəyir.
Bu barədə "Football Insider" məlumat yayıb.
33 yaşlı futbolçu A Seriyasına qayıtmağa isti yanaşır. Onunla Səudiyyə Ərəbistanı klbuları da maraqlanır.
Qeyd edək ki, "Liverpul" Məhəmməd Salahı 2017-ci ilin yayında "Roma"dan 42 milyon avroya transfer edib. Misir millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.