UEFA Avropa Liqasının II təsnifat mərhələsində Türkiyənin "Beşiktaş" klubu "Qarabağ"ın potensial rəqiblərindən biri olub. Sport24.az xəbər verir ki, bu, ötən gün Trabzonsporun Türkiyə Kubokunu qazanmasından sonra rəsmiləşib.
Beləliklə, İstanbul təmsilçisi UEFA Avropa Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlayacaq.
Səpələnməmişlər səbətində yer alacaq "qara qartallar"ın mümkün rəqiblərindən biri də "Qarabağ"dır.
Belə ki, Ağdam klubu I təsnifat mərhələsini uğurla adlayacağı halda bu komandaya rəqib ola bilər. Çünki "köhlən atlar" II təsnifat mərhələsində də güclülər səbətində yer alacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkü iyunun 16-da, II təsnifat mərhələsinin püşkü isə iyunun 17-də atılacaq.