Türkiyə Super Liqasında XV tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

 

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəlievin çıxış etdiyi "Adana Dəmirspor" səfərdə "Qalatasaray"la qarşılaşıb və 1:3 hesabı ilə uduzub. Şahruddin start heyətdə yer alıb və 90 dəqiqə oynayıb. Məhəmmədəliyevi son olaraq 90+4-cü dəqiqədə argentinalı ulduz hücumçu Mauro İkardi qolla məyus edib.

 

"Qalatasaray" hazırda 40 xalla 1-ci, "Adana Dəmirspor" isə 23 xalla 5-ci pillədə qərarlaşıb. 

 

Xatırladaq ki, Məhəmmədəliyev Super Liqanın keçən turunda "Samsunspor"la keçirilən oyunda ilk dəfə start heyətdə yer alıb. 2:3 hesablı məğlubiyyətdən sonra isə komandanın miderlandlı baş məşqçisi Patrik Klyüvert istefaya göndərilib.