İspaniyanın "Atletiko Madrid" klubunun sabiq futbolçusu Xuanfran Torres xeyriyyə məqsədilə yoldaşlıq görüşü təşkil edəcək. Sport24.az xəbər verir ki, Xuanfran bu addımı sahibi olduğu agentlik vasitəsilə həyata keçirəcək.

Oyunun keçirilməsində məqsəd gələn gəlirin Türkiyədə baş verən fəlakətdən zərər çəkənlərə göndərilməsidir.

"Edəcəyim yardım Türkiyə xalqına bəslədiyim sevgi üçün edilə biləcək ən az şeydi. Bütün dəstəyim zəlzələdən əziyyət çəkən insanlara görədir" - deyə, Xuanfran bildirib.