Rusiya yığması Özbəkistanla yoxlama matçı keçirə bilər. Sport24.az xəbər verir ki, bu barədə Özbəkistan Futbol Assosiasiyasının vitse-prezidenti Odil Əhmədov açıqlama verib.

Vitse-prezidenti tərəflərin bu barədə hələ danışıqlar aparmadığını ancaq oyunun mümkünlüyünü deyib: "Bizim üçün Rusiyada yoxlama görüşü keçirməyin heç bir problemi yoxdur. Əgər görüş Moskvada keçirilsə, oraya getmək bizim üçün problem olmayacaq. Və Rusiya ilə yoxlama görüşü keçirəcəyik".

Qeyd edək ki, Rusiya və Ukrayna müharibəsinə görə, Rusiya yığması FİFA və UEFA-nın bayrağı altında keçirilən yarışlardan diskvalifikasiya edilib.