Oktyabrın 16-da Rusiya və Keniya milli komandaları arasında yoldaşlıq görüşü razılaşdırılıb. Sport24.az xəbər verir ki, matç Türkiyədə keçiriləcək.

Daha əvvəl bildirilirdi ki, oktyabrın 12-də şimaı qonşularımız öz ölkəsində Kamerun yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, Rusiyanın Ukrayna ərazisinə silahlı müdaxiləsinə görə ölkənin yığma komandası beynəlxalq yarışlardan kənarlaşdırılıb. Bu 2zdən Valeri Karpinin komandası yalnız qeyri-rəsmi görüşlər keçirir.