Rusiya Futbol İttifaqı (RFİ) və Braziliya Futbol Konfederasiyası (CBF) milli komandalar arasında yoldaşlıq oyunu keçirmək üçün danışıqlar aparır. Sport24.az xəbər verir ki, bu barədə "Band" nəşri məlumat yayıb.

 

Qeyd olunur ki, RFİ-nun baş katibi Maksim Mitrofanov hələ 2024-cü ilin avqustunda oyunun təşkili ilə bağlı CBF-yə məktub göndərib. Braziliya Futbol Konfederasiyası Rusiya yığması ilə oyunun 2025-ci il oktyabrın 6-dan 14-ə və ya noyabrın 10-dan 18-nə kimi keçirilməsinə razılıq verib.

 

Qeyd edək ki, Ukraynada yaşananlara görə, FİFA və UEFA 2022-ci ildən Rusiya yığmalarını və klublarını beynəlxalq yarışlardan uzaqlaşdırıb.