"Globe Soccer Awards" mükafatlandırma mərasimində "Əl-Nəsr" klubunun ulduz hücumçusu Kriştiano Ronaldoya da pay düşüb. Sport24.az xəbər verir ki, futbolçu 2025-ci ilin Yaxın Şərqin ən yaxşı futbolçusu adına layiq görülüb.

 

Portuqaliyalı hücumçu bu nominasiyada Kərim Benzema ("Əl-İttihad"), Salem Əl-Dosari ("Əl-Hilal") və Riyad Mahrez ("Əl-Əhli") kimi güclü rəqiblərini geridə qoyaraq mükafatın sahibi olub.

 

Təcrübəli forvard 2025-ci ildə növbəti şəxsi uğura imza atıb. O, peşəkar karyerasında 14-cü dəfə təqvim ili ərzində 40 qol səddini keçməyi bacarıb.

 

Qeyd edək ki, Ronaldonun kapitanı olduğu "Əl-Nəsr" cari mövsümdə Səudiyyə Ərəbistanı çempionatında möhtəşəm performans sərgiləyir. Komanda startda keçirdiyi 10 oyunun hamısında qələbə qazanaraq (30 xal) turnir cədvəlinə liderlik edir.