"Qəbələ" və "Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçuk "Çernomorets"ə qayıdıb. Sport24.az xəbər verir ki, bu barədə Odessa klubunun rəsmi saytı məlumat yayıb.

 

61 yaşlı mütəxəssisin müqaviləsinin detalları barədə ətraflı bilgi verilməyib. 

 

Qeyd edək ki, Roman Qriqorçuk 2010-2014 və 2021-2024-cü illər aralığında "Çernomorets"in baş məşqçisi olub.