"Roma" Niderland millisinin futbolçusu Donyell Maleni heyətinə qatmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports İtaly" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Roma" 26 yaşlı futbolçunun transferi üçün "Aston Villa" ilə danışıqlar aparır. Razılaşma öncə icarə formatında olacaq və icarə bitdikdən sonra Maleni 25–30 milyon avro qarşılığında almaq imkanı yaranacaq. Klub isə hazırda futbolçunun razılığını gözləyir.

Qeyd edək ki, Donyell Malen bu mövsüm Birmingem təmsilçisində meydana çıxdığı 29 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.