Monteneqro təmsilçisi "Sutyeska"nın baş məşqçisi Deyan Jeleniç Azərbaycana gələcək. Sport24.az xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssis ölkəsinin mətbuatına açıqlama verib.
O, A kateqoriyalı məşqçi lisenziyası üzrə təhsil çərçivəsində təkmilləşmənin bir hissəsini "Qarabağ"da keçəcəyini söyləyib:
"Öz üzərimizdə işləmək öhdəliyimiz var. "Qarabağ"ın düşərgəsinə gedəcəm. Marko Yankoviç ilk əlaqələrin qurulmasında və lazım olan məsələlərdə mənə kömək etdi. Düşünürəm ki, bu, mənim üçün çox faydalı ola bilər. Orada yenilikləri öyrənib, sonradan onları "Sutyeska"da tətbiq etmək istəyirəm".