Qabon hökuməti milli komandaya və hücumçu Pyer-Emerik Obameyanqa qarşı tətbiq olunan sanksiyaları ləğv edib. Sport24.az xəbər verir ki, bu barədə ölkənin İdman Nazirliyi məlumat yayıb.

 

Ölkənin idman naziri Paul Ulrix Kessani mətbuata açıqlamasında bir müddət əvvəl qəbul olunan qərarın qüvvədən düşdüyünü bildirib.  

 

Qeyd edək ki, FİFA dövlətin milli assosiasiyaların fəaliyyətinə müdaxiləsini qəti şəkildə qadağan edir. Əgər cəza uzadılsaydı, Qabon FİFA-nın sanksiyaları ilə üzləşə  və 2027-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələsindən məhrum edilə bilərdi.