Mali millisinin müdafiəçisi Almami Ture karyerasını hazırda Fransanın dördüncü divizionunda oynayan "Bordo"da davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

29 yaşlı oyunçu hazırda zədəsini sağaldır və bir neçə həftədən sonra oynamağa hazır olacaq. Onun son klubu 2025-ci ilin yayında azad agent kimi ayrıldığı "Kayzerslautern" olub.

 

Qeyd edək ki, Ture 2022-ci ildə Frankfurt "Ayntraxt"ı ilə  Avropa Liqasını, 2017-ci ildə isə "Monako" ilə Fransa çempionluğunu qazanıb.

O, Bundesliqada meydana çıxdığı 60 oyunda 2 qol və 5 məhsuldar ötürmə, Liqa-1-də 54 matçda 5 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. O, Avropa Liqasında 17 görüşdə 1 qol vurub və 1 məhsuldar ötürmə edib, həmçinin Çempionlar Liqasında 10 oyun keçirib.

"Bordo" isə 2024-cü ilin yayında maliyyə problemləri səbəbindən düşdüyü dördüncü divizionda öz qrupuna liderdir.