PSJ futbolçusu Fabian Ruislə yeni müqavilə imzalayacaq. Sport24.az xəbər verir ki, bu baraədə indayder Fabrisio Romano məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçinin Paris təmsilçisi ilə yeni müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. 

Mənbənin sözlərinə görə, Ruisin Türkiyəyə yollanacağı ilə bağlı xəbərlərə baxmayaraq, PSG onun komandada qalmasını istəyir.

 

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi bu mövsüm PSJ-nin heyətində 19 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.