"Milan"ın yarımmüdafiəçisi Yussuf Fofana karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki,bu barədə insayder Canluka Di Marsionun sosial şəbəkə hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Qalatasaray" 27 yaşlı fransız millisinin üzvü ilə müqavilə imzalamaqda maraqlıdır.

 

"Transfermarkt" onun dəyərini 28 milyon avro qiymətləndirir. Onun İtaliya klubu ilə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.

 

Qeyd edək ki, Fofana bu mövsüm bütün turnirlərdə 20 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.