Mövsümün ikinci yarısına hazırlaşan iki komanda bu gün yoxlama görüşündə üz-üzə gələcək. Sport24.az xəbər verir ki, Misli Premyer Liqasında mübarizə aparan "Araz-Naxçıvan" "Qəbələ" ilə qarşılaşacaq.
Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq matçın start fiti saat 15:00-da səslənəcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" daha əvvəl klubun əvəzedici komandasına yeddi cavabsız qolla qalib gəlib. "Qəbələ" isə "Kəpəz"i 3:1 hesabı ilə məyus edib.