"Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünyada sərvəti 1 milyard dolları keçən ilk futbolçu olub. Sport24.az "Business Tima" jurnalına istinadən xəbər verir ki, bu, portuqaliyalı hücumçunun ötən ilin iyununda "Əl-Nəsr"lə imzaladığı müqavilə sayəsində mümkün olub.
Mənbənin sözlərinə görə, ulduz futbolçunun iki illik müqaviləsinin dəyəri 400 milyon avro, onun ümumi sərvəti isə 1,4 milyard dollar olaraq qiymətləndirilir.
Qeyd olunur ki, Kriştiano 2002-ci ildən 2023-cü ilə qədər 550 milyon dollardan çox qazanıb. O, "Nike" ilə müqaviləsindən ildə təxminən 18 milyon dollar qazanır və sərvətinin böyük hissəsi "Castrol" və "Armani" ilə bağlanmış müqavilələrdən gəlir.
Ronaldo milli komandanın hazırkı kapitanı, 2016-cı il Avropa çempionu və iki dəfə Millətlər Liqasının qalibidir. O, həmçinin Portuqaliya millisinin ən çox oyun və qol rekorduna sahibdir.
40 yaşlı futbolçu klub səviyyəsində 5 dəfə Çempionlar Liqasını, beş dəfə isə "Qızıl top"u isə qazanıb.