"Barselona"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasında Lionel Messinin rekorduna çatıb. Sport24.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
"Kopenhagen" Robertin qapısna yol tapdığı 40-cı komanda olub. Hazırda karyerasını ABŞ-da davam etdirən Messi də eyni göstəriciyə sahibdir.
Qeyd edək ki, üçüncü yerdə Kriştiano Ronaldo qərarlaşıb. Portuqaliyalı ulduz 38 komandanın qapıçısını məyus edib.