Çempionlar Liqasının 8-ci turunun "ən yaxşı oyunçusu" mükafatına namizədlər açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə UEFA-nın rəsni saytı məlumat yayıb.
Namizədlər arasında "Liverpul"un yarımmüdafiəçisi Aleksis Makallister, "Benfika"nın yarımmüdafiəçisi Andreas Şelderup, "Çelsi"nin hücumçusu Joao Pedro və "Bayer"in yarımmüdafiəçisi Malik Tillman yer alıb.
Makallister "Qarabağ"a qarşı matçda dubl edibsə (6-0), Şelderup "Real" ilə (4-2), Pedro "Napoli" (3-2), Tillman isə "Vilyarreal"a qarşı (3:0) matçda dublla yadda qalıblar.
Maraqlıdır ki, siyahını tərtib edənlər 98-ci dəqiqədə qol vurub komandasını 1/8 finala çıxaran "Benfika"nın qapıçısı Anatoli Trubini namizədlər arasında görməyiblər.