"İnter" Əl İttihad"ın hücumçusu Musa Diyabi ilə danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, İtalya nəhəngi fransalı futbolçunu icarə götürmək istəyir. Müqavilədə 35 milyin avroluq satınalma maddəsidə yer alacaq. 26 yaşlı futboçu da "nerazzuri"yə keçməyə razıdır.
Qeyd edək ki, Diyabi bu mövsüm "Əl İttihad" klubunun heyətində 23 rəsmi matçda 3 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.