"Qarabağ"a qarşı çox çətin bir matç idi". Bu sözləri Sport24.az-a "Kəpəz"in futbolçusu Ryonosuke Ohori deyib.

Yarımmüdafiəçi "Qarabağ"a səfərdə iki cavabsız qolla qalib gəldikləri Misli Premyer Liqasının XVII turunun oyunu ilə bağlı danışıb:

"Matçdan öncə qalib gələ biləcəyimizə inanırdım. Rəqibizin diqqətini Çempionlar Liqasına yönəltməsi qələbəmizdə rol oynadı".

Yaponiyalı oyunçu "Qarabağ"ın Çempionlar Liqasındakı oyunlarını izlədiyini söyləyib:

"Hər dəfə izlədikdə mənim də bu cür möhtəşəm turnirdə oynamaq istəyim artır. Vurduğum qol "ayın qolu" seçilsə, çox sevinərdim. Bəli, düşünürəm ki, elədir. Qarabağ hazırda Çempionlar Liqasına diqqət yetirir".