İngiltərənin "Vest Hem" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Fulhem"dən Adama Traoreni transfer edib. Bu barədə kluubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı vinger yeni klubunda 17 nömrəli forma ilə çıxış edəcək və daha əvvəl "Vulverhemton"da (2018–2021) birlikdə çalışdığı baş məşqçi Nuno Espirito Santo ilə yenidən bir araya gələcək.

Qeyd edək ki, "Fulhem" Adama Traoreni 2023-cü ilin yayında "Vulverhemton"dan tranfer edib. İspaniya millisində oynamış futbolçu Premyer liqa təmsilçisinin heyətində 68 rəsmi matçda 4 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb