Ötən gecə keçirilən oyunlarla Çempionlar Liqasının əsas mərhələsi başa çatdı. Sport24.az xəbər verir ki, bu raundda ən çox məhsuldar ötürmə edən futbolçular müəyyənləşib.
"Real"ın vingeri Vinisius Junior və "Bavariya"nın oyunçusu Maykl Olise ən çox qol ötürməsi edən futbolçular olublar. Hər iki futbolçu səkkiz qarşılaşmada altı məhsuldar ötürmə ilə yadda qalıblar. "Marsel"in hücumçusu Pyer-Emerik Obameyanq isə komandasının beş qolunda son ötürməni verib.
Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsi fevralın 17-18-i və 24-25-i tarixlərində keçiriləcək. Final mərhələsi Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq. Həlledici matç isə mayın 30-na təyin olunub.