UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunda İngiltərənin "Liverpul" klubuna uduzan "Qarabağ" komandası Bakıya çatıb. Sport24.az xəbər verir ki, Azərbaycan çempionunu azarkeşlər qarşılayıblar.
Ağdam klubu səfərdə rəqibinə altı cavabsız qolla uduzsa da, 10 xalla pley-offda iştirakı təmin edib.
Qeyd edək ki, "Qarabağ" bu raundda PSJ və ya "Nyukasl"la üz-üzə gələcək.