Çempionlar Liqasının əsas mərhələsinin son oyunlarından sonra ölkələrin UEFA reytinqi yenilənib. Sport24.az-ın məlumatına görə, "Qarabağ"ın pley-offa vəsiqəni təmin etməsi Azərbaycanın əmsalını daha fa artırıb.

Ölkəmiz daha bir pillə irəliləyərək 26-cı sıradadır. Əmsalımız isə 22.937-yə bərabərdir.

27-ci mövqedəki Sloveniya (22,843), 28-ci olan Slovakiya (22,375) bizə çox yaxındır.

Qeyd edək ki, "Qarabağ" pley-offda Fransanın PSJ və ya İngiltərənin "Nyukasl" komandası ilə üz-üzə gələcək.