"0-6 hesabı ilə uduzduq. Təbii ki, bu, yaxşı deyil. Amma pley-offa adladığımız üçün xoşbəxtik. "Benfika və "Ayntraxt" üzərindəki qələbələr xüsusi idi. Son dəqiqələrdə qələbə qollarımızı vurmuşduq. Fantastik hiss idi". Sport24.az xəbər verir ki, bu sözləri "Liverpul" - "Qarabağ" oyunundan sonra UEFA-nın rəsmi saytına açıqlamasında Ağdam təmsilçisinin futbolçusu Abdullah Zubir deyib. 

 

Komandanın kapitanı pley-offdakı potensial rəqibləri PSJ (Fransa) və "Nyukasl" (İngiltərə) haqda da danışıb:

 

"Mən fransalıyam. Ona görə də növbəti turda PSJ ilə qarşılaşmaq istərdim. Hətta onlar hazırda dünyanın ən yaxşı komandası olsalar belə. Amma "Nyukasl"la da oynaya bilərik ki. Bu da çətin olardı".

 

Qeyd edək ki, ötən gecə "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turunda "Liverpul"a (6:0) məğlub olsa da, pley-offa vəsiqə qazanıb.