İngiltərə klubları 2025-ci ildə transferlərə ümumilikdə 3,82 milyard dollar xərcləyiblər. Sport24.az xəbər verir ki, bu rəqəm FİFA-nın rəsmi saytında dərc olunan hesabatda əksini tapıb.
İkinci yerdə Almaniya klubları qərarlaşıb. Onlar yeni futbolçu alışına 1,28 milyard dollar sərf ediblər. İlk "üçlüy"ü 1,2 milyard dollarla İtaliya klubları tamamlayır.
2025-ci ildə klubların ümumi transfer xərcləri 13,08 milyard dollar təşkil edib ki, bu da 2024-cü illə (8,59 milyard dollar) müqayisədə 52,3% artım deməkdir.
Qeyd edək ki, ötən il ümumilikdə 24.558 transfer həyata keçirilib ki, bu da 2024-cü ildəki ilə müqayisədə 7,7% çoxdur. Əməliyyatlarda cəmi 5.283 klub iştirak edib.