“Real” Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində qarşılaşacağı Donetsk “Şaxtyor”u ilə matça ciddi itki ilə çıxacaq.

Sport24.az xəbər verir ki, Tibo Kurtua Ukrayna təmsilçisi ilə matçda oynamayacaq.

Belçikalı qapıçı qarşılaşmanın “23-lüy”ünə düşməyib. “Real” 3-cü turun matçına digər qolkiperləri – Andrey Lunin, Luis Lopes və Lukas Kanisaresi sifariş edib.

30 yaşlı belçikalı sağlamlığı ilə bağlı problem yaşayır. O, qurşaq nahiyəsində ağrılardan əziyyət çəkir.

F qrupunun “Real” – “Şaxtyor” oyunu saat 23:00-da başlayacaq.