"Real" Vinisius Junioru satmağı düşünür. Sport24.az xəbər verir ki, bu barədə "Radio Marca"-nın jurnalisti Ramon Alvares məlumat yayıb.
25 yaşlı futbolçunun DÇ-2026-dan sonra müqaviləsinin uzadılmasına razılıq verməsi gözlənilirdi. Lakin braziliyalı hələ də rəhbərliyə cavab verməyib və onun yüksək maaş tələbi dəyişməz olaraq qalır.
"Real"ın başbilənləri müqaviləsinin 2027-ci ildə başa çatdığını nəzərə alaraq futbolçunu bu yay satmaq variantını araşdırır.