"Real" futbolçusu Vinisius Juniorla müqaviləni uzatmağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu bardə "La Ser" nəşri məlumat yayıb.
Madrid klubu forvardın müqaviləsini 4+1 illik artırmağı planlaşdırır. Tərəflər arasında danışıqlar davam edir.
Vinisius bu mövsüm 47 oyunda 21 qol vurub, 15 məhsuldar ötürmə edib. Onun indiki müqaviləsi 2027-ci ilin yayına kimidir.