Bu gün Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək oyunda Azərbaycan Kubokunda ikinci finalçının adı məlum olacaq. Sport24.az xəbər verir ki, "Sabah" "doğma divarlar" arasında "Neftçi"ni qəbul edir.

 

Bu komandalar arasında baş tutan ilk görüş "bayquşlar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, İnqilab Məmmədovun fit çalacağı oyun saat 20:00-da başlayacaq.

 

Azərbaycan Kuboku

1/2 final mərhələsi, cavab oyunu

20:00. "Sabah" - "Neftçi" 1:1

Qol: Cesse Sekidika, 23, Emin Mahmudov, 40

"Sabah": 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 88. Xəyal Əliyev, 4. Sofian Çakla, 18. Pavol Safranko (k), 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça, 33. Umarali Raxmonaliyev

 

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 40. İqor Noqeyra, 11. Kahim Parris, 12. Vinsent Till, 99. Neqoş Kupusoviç

 

"Neftçi": 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanskiy, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 88. Andrey Ştoqrin

 

Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samiqullin, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 22. Dembo Darboe, 77. Yeqor Boqomolski, 11. Aleks Fernandes

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Tural Qurbanov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Masazır. "Bank Respublika Arena"

İlk oyun: 2:1