"Komo" "Barselona"dan Aleks Valleni almaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Valle "Komo"nun baş məşqçisi Sesk Fabreqasın planlarında əsas rol oynayır. Buna görə də "Komo" Valleyə uzunmüddətli əmək müqaviləsi təklif etməyi planlaşdırır.
20 yaşlı futbolçu cari mövsümdə "Komo"nun heyətində 11 matçda meydana çıxıb.
"Komo" hazırda A Seriyasında 13-cü yerdədir.