Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Sabah" - "Neftçi" oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...
- İlk hissədə demək olar, qarşılıqlı hücumlar şəraitində keçdi. Uşaqlara təşəkkür edirəm. Fasilədən sonra çoxlu qol fürsətlərimiz oldu. Xarakter göstərib, layiqli şəkildə finala yüksəldik.
- Hesab daha böyük ola bilərdi. Epizodların dəyərləndirilməməsi həyəcanla bağlı idi? Finalda bu problemi necə aşmağı düşünürsüz?
- Əlbəttə, əvvəlki matçlarda da realizasiya problemi yaşayırıq. Bunu həll etməyə çalışırıq.
- Həm siz, həm komanda tarix yazdı. İlk dəfə finaldasız. Kuboku qazanaraq, növbəti tariz yaza bilərsiniz...
- Daha bir oyun var. Titul bir prestijdir. Kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Çempionatdakı növbəti rəqibiniz "Qarabağ"dır. Bu komanda ilə finalda da qarşılaşacaqsınız...
- Rotasiyalar olacaq. Sıx qrafikdəyik. Finalda hər şey ola bilər. Əlimizdən gələni edəcəyik.
- İlk oyunda daha dominant oynamışdız, bu gün isə əksini seçdiz. 2:1 hesablı qələbəni qorumaq istəyirdiniz? Nə üçün dominant futbol oynamadınız?
- İkinci hissədə oyunda üstünlük bizdə idi. Əsas odur, finaldayıq.
- Çempionat oyunlarına önəm verəcəksiniz, ya bütün diqqət finalda olacaq?
- Hər oyun bizimçün önəmli olacaq. Bunu finala hazırlıq kimi görəcəyik.
- Plan varmı ki, Leonid Slutskini Azərbaycana dəvət edəsiniz, finalda sizə mənəvi dəstək olar?
- Böyük məmnuniyyətlə dəvət edərdim. Düşünürəm ki, özü də gəlmək istəyər. Lakin Çindəki qrafiki bilmirəm.
Nuh Tarverdiyev