"Bavariya" Harri Keynlə rəqabət aparmaq üçün heyətinə yeni hücumçu cəlb etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, Bundesliqa nəhənginin əsas hədəfi "Genk"də çıxış edən Tolu Arokodaredir.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
"Bavariya" nigeriyalı forvard üçün Belçika klubu ilə danışıqlara başlamağa hazırlaşır. "Genk" futbolçusu üçün 25 milyon avro tələb edəcək.
24 yaşlı hücumçu ilə Almaniyadan "Bavariya" ilə yanaşı, "Borussiya" (Dortmund) və "Ştutqart" da maraqlanır.
Qeyd edək ki, "Genk" Tolu Arokodareni 2023-cü ilin yanvar ayında Fransanın "Amyen" klubundan transfer edib. Nigeriya millisinin üzvü bu mövsüm "mavi-agıar"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 21 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.