Hücumçu Markus Reşfordun gələcəyi müzakirə mövzusu olmaqda davam edir. Sport24.az xəbər verir ki, "Tottenhem" 27 yaşlı futbolçunun transferini nəzərdən keçirməyə hazırdır. "Aston Villa" mövsümün sonunda "Mançester Yunayted"dən Reşfordu ala bilməsə, London klubu futbolçu ilə təmasa keçəcək.
"Aston Villa"ya icarəyə göndərilən Reşford 17 rəsmi matçda iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.
"Transfermarkt" Reşfordu 50 milyon avro qiymətləndirib.