"Real"ın hücumçusu Franko Mastantuono komandasının növbəti iki çempionat oyununu buraxacaq. Sport24.az xəbər verir ki, İspaniya Futbol Federasiyasının İntizam Komitəsi Madrid klubunun apellyasiya şikayətini rədd edib və "Xetafe" ilə oyunda meydandan qovulan futbolçunun cəzasını qüvvədə saxlayıb.

 

Qeyd edək ki, 18 yaşlı argentinalı forvard hakim Alejandro Munis Ruisə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə matçın sonlarında qırmızı vərəqə alıb.

 

Yarımmüdafiəçi "Real"ın "Selta" ilə səfər, "Elçe"yə qarşı ev oyununu buraxacaq.