"Real" maaş fondunu yüngülləşdirmək üçün avstriyalı müdafiəçisi David Alaba ilə yollarını ayırmaq niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

 

 

Qeyd olunur ki, 33 yaşlı Alabanın gələcək taleyi ilə bağlı qərar futbolçunun reabilitasiyası və sağalmasından asılıdır. Avstriyalı iyunun sonunda sol ayağının baldır əzələsindən aldığı zədə səbəbindən bir aydır ki, məşqlərdən uzaq düşüb.

 

Qeyd edək ki, Alaba Avropada ikinci ən çox maaş alan müdafiəçidir. Madrid klubunda isə Kilian Mbappe və Vinisius Juniordan sonra aldığı məvacibə görə üçüncüdür. KİV-in məlumatına əsasən, Alaba həftədə 415 min avrodan çox qazanır.