"Real"ın ukraynalı qapıçısı Andrey Lunin yayda klubdan ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

 

26 yaşlı qolkiper artıq qərarı ilə bağlı Madrid klubunun rəhbərliyini məlumatlandırıb. Lunin ona start heyətində sabit yer tutacağına zəmanət verən komanda tapmaq istəyir.

 

Qeyd olunur ki, "Real" artıq Lunin itkisi ilə barışıb və ona əvəzləyici tapıb. "Kral klubu" 2023/24 mövsümündə icarə əsasında "Real"da oynayan, müqavilə ilə "Çelsi"yə məxsus olan Kepa Arrizabalaqanı qaytarmağa hazırlaşır.

 

Luninin isə klubla hazırkı əmək müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir. "Transfermarkt" onu 20 milyon dəyərində qiymətləndirir. avro. Cari mövsümdə Andrey Lunin "Real"ın heyətində 12 oyun keçirib, 19 qol buraxıb.