İspaniyanın “Real” klubu üç futbolçusu ilə müqaviləni yeniləməyəcək. Sport24.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Madrid təmsilçisi müdafiəçi Marselo, yarımmüdafiəçi İsko və hücumçu Qaret Beyllə müqaviləni yeniləməyəcək.

Hər üç futbolçunun sözləşməsi bu mövsümün sonuna qədərdir.