"Barselona"nın hücumçusu Rafinya Kataloniya klubuna keçəndən bəri mətbuatda klubun onu satmağa çalışdığı barədə xəbərlərin dolaşdığını söyləyib. Sport24.az xəbər verir ki, forvard bununla bağlı "Mundo Deportivo" nəşrinə açıqlama verib:
"Barselona"ya qoşulduğum ilk gündən bəri klubdan ayrılmağımla bağlı şayiələr yayılıb. Düşünürəm ki, insanlar məni burada görməkdən xoşlanmırlar. Xüsusilə də mətbuat... Yalnız yalan danışan bir jurnalist var.
O, klub rəhbərliyi ilə qalıb-qalmayacağımı müzakirə etmək üçün görüşdüyümü iddia edir. Bu adam tamamilə yalançıdır. Hər dəfə uydurmağa məcbur olduğu xəbəri dərc etdikdə tamamilə gülünc şeylər ortaya atır".
Qeyd edək ki, Rafinya bu mövsüm bütün turnirlərdə 31 oyunda meydana çıxıb, 19 qol vurub və 8 məhsuldar ötürmə edib.