"Barselona"nın əvəzedici komandasının baş məşqçisi Rafael Markes istefa verib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

45 yaşlı mütəxəssisin Meksika millisinin məşqçilər heyətinə qoşulacağı gözlənilir.

 

Qeyd edək ki, Markes 2022-ci ildən əvəzedici komandanın baş məşqçisi idi.