"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandanın uğursuz çıxışı haqda fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis "şəhərlilər"in qələbəsizlik seriyası ilə bağlı bunları deyib:

 

"Hamı vəziyyətin düzəlməyini istəyir. Hər gün bunun üçün çalışırıq. Oyunlarda mübarizə aparsaq da, nəticə istədiyimiz kimi olmur. Futbolçularıma qələbənin yolunu tapmaqda kömək etmək istəyirəm. Onların bunu bacaracağını bilirəm. Əmin olmasaydım, bu uşaqlarla işləməzdim".

 

"Mançester Siti" Premyer Liqada ardıcıl beş oyundur, uduzur. Komanda 13 turdan sonra 23 xalla 5-ci sıradadır.