"Atletiko"nun futbolçusu Antuan Qrizmann Çempionlar Liqasında yarımfinala yüksəlmələrini şərh edib. Sport24.az xəbər verir ki, fransalı yarımmüdafiəçi "Barselona" ilə 1/4 final matçından sonra bunları deyib:
"Çox xoşbəxtəm. Belə matçlarda hər səhv baha başa gəlir. Rəqibin ikinci qolu mənim səhvimə görə oldu. Buna baxmayaraq, istədiyimiz nəticəni qazana bildik. Azarkeşlərimizin dəstəyi danılmazdır. Onların sayəsində toparlandıq və fərqi minimuma endirməklə yarımfinala yüksəldik".
"Atletiko" iki oyunun nəticəsinə görə (2:0, 1:2) yarımfinala adlayıb. Madrid təmsilçisinin final yolundakı rəqibi PSJ olacaq.