Əfsanəvi uruqvaylı və ispan futbolçu Xose Emilio Santamaria 96 yaşında vəfat edib. Sport24.az xəbər verir ki, bu barədə "real"ın mətbuat xidməti məlumat yayıb.

 

Santamaria 1957-ci ildə "Real"a keçib və 9 mövsüm, 1966-cı ilə qədər "Kral klubu"nun formasını geyinib. O, Madrid klubunda 337 oyun keçirib və dörd Avropa Kubokunu (1958, 1959, 1960, 1966), bir Qitələrarası Kuboku, altı La Liqa titulunu və bir Kral Kubokunu qazanıb.

 

Qeyd edək ki, Santamaria tarixdə ilk dəfə ardıcıl iki Avropa Kubokunu qazanan əfsanəvi komandanın üzvü olub.