Macarıstan millisinin sol cinah vingeri Szabolcs Schön karyerasını Azərbaycanda davam etdirə bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı futbolçunun "Qarabağ"da oynamaq istədiyi bildirilir.
Hazırda İngiltərənin "Bolton" məxsus olan və icarə əsasında Macarıstanın "Dyor" komandasında çıxış edın oyunçu agentlər vasitəsi ilə "köhlən atlar"a təklif olunub.
Ağdam təmsilçisinin hansı qərar verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, Szabolcs Schönün "Bolton"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.