"Liverpul"un hücumçusu Yuqo Ekitike ciddi zədə səbəbindən DÇ-2026-nı buraxacaq. Sport24.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.
Fransalı hücumçunun Çempionlar Liqasının dörddəbir finalının PSJ ilə oyununun cavab qarşılaşmasında (0-2) axilles vətəri qırılıb.
Çərşənbə günü Ekitike sağ axilles vətərinin qismən və ya tamamilə qırılıb-qırılmadığını müəyyən etmək üçün dərin müayinədən keçəcək. Hər iki halda da zədə əməliyyat və geniş reabilitasiya tələb edir.
Qeyd edək ki, Ekitike bu mövsüm "Liverpul"da 45 oyun keçirib və 17 qol vurub. O, Fransa millisində meydana çıxdığı səkkiz matçda 2 dəfə fərqlənib.