İspaniya La Liqasının 11-ci turunda "Sevilya" üzərində qələbə (3:0) "Atletiko"nun futbolçusu Antuan Qrizmann üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, bu matçda fərqlənən forvard İspaniya çempionatında 200-cü qolunu vurub.
Fransa millisinin də şərəfini qoruyan hücumçu La Liqada bu sayda qol vuran 6-cı legioner ki mi tarixə düşüb.
Qeyd edək ki, Qrizmanndan əvvəl La Liqada yalnız 5 əcnəbi futbolçu 200 qol vurub. Alfredo Di Stefano (Argentina, 227 qol), Hugo Sançes (Meksika, 234), Kərim Benzema (Fransa, 238), Kriştiano Ronaldo (Portuqaliya, 311) və Lionel Messi (Argentina, 474).