Tanınmış "TNT Sports" portalı 2025-ci ildə "Qızıl top"a əsas iddiaçıların yeni reytinq cədvəlini dərc edib. Sport24.az xəbər verir ki, uzun müddətdən sonra ilk dəfə cədvəldə lider dəyişib. PSJ-nin və Portuqaliya yığmasının üzvü Vitinya zirvəyə yüksəlib.

 

Onun komanda yoldaşı Usman Dembele ikinci, "Barselona"nın ulduzu Lamin Yamal isə üçüncü pillədə qərarlaşıb.

 

"Qızıl top"a iddialıların tam reytinqi:

 

1. Vitinya (PSJ).

2. Usman Dembele (PSJ).

3. Lamin Yamal (Barselona).

4. Rafinya (Barselona).

5. Nuno Mendes (PSJ).

6. Aşraf Hakimi (PSJ).

7. Məhəmməd Salah (Liverpul).

8. Canluici Donnarumma (PSJ).

9. Kilian Mbappe (Real).

10. Xviça Kvaratsxeliya (PSJ).

 

Qeyd edək ki, "Qızıl top"un hazırkı sahibi "Mançester Siti"nin yarımmüdafiəçisi Rodridir.